“Etiraf etsək, bəzi jurnalistlər o qədər də fəal deyil”

Peşəkar futbol liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, ölkə kubokunda VAR sistemi ilə bağlı planları açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, kubok oyunlarında da video hakim köməkçidən istifadə etməyi düşündüklərini deyib: “Hələ ki biri stasionar, yəni avtomobilə quraşdırılmış, digəri Bakı olimpiya stadionunda yerləşdirilmiş VAR sistemimiz var. Bu sistemi daha təkmilləşdirməyi düşünürük.

Elə bu məqsədlə PFL-in prezidenti Elxan Səmədov Almaniyanın Frankfurt şəhərinə yollanıb bununla bağlı danışıqlar aparır. Arzu edirik ki, bu danışıqlar müsbət yekunlaşacaq. İdman jurnalistlərimizə layihəmizdə aktiv iştirak etdiklərinə görə təşəkkür edirəm.

İlk turlarda regionda keçirilən oyunlarda 1 jurnalist olduğu halda, artıq son turlarda 10-dan çox jurnalist olur. Etiraf etsək, bəzi jurnalistlər o qədər də fəal deyil. Düşünürəm ki, oyunlar zamanı onlar da aktiv olsalar, təmsil etdikləri saytların xeyrinə olar. Çünki artıq bu movsümdən azarkeşlərin artımı hiss olunur.

.

Həmin kateqoriyadan