- Baxış sayı: 74
- 07 Noyabr 2024 23:41
- Baxış sayı: 239
- Noyabr 06, 2024
- 0
Bu gün “Neftçi”nin veteran futbolçusu, hazırda U-17 komandasının baş məşqçisi olan Fərrux İsmayılov doğum gününü qeyd edir. Allsport.az saytı xəbər verir ki, 1978-ci ildə dünyaya gəlmiş sabiq hücumçu 1999-2002, 2006-2007-ci illər ərzində “ağ-qaralar”ın heyətində 91 oyun keçirib, 35 qol vurub. 1998-2007-ci illərdə Azərbaycan millinin heyətində 31 oyun keçirib, 4 qol vuran İsmayılov “Neftçi” ilə Azərbaycan çempionatının gümüş (2001, 2007) və bürünc (2000) mükafatçısı olub. Klubun rəsmi saytı “Neftçi” ailəsi adından veteran futbolçumuzu təbrik edib.
– Bu gün ilk hədiyyəni baş məşqçisi olduğunuz U-17 komandasından aldınız. Komandanız “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdi. Karyeranız ərzində doğum gününüz oyun gününə təsadüf edibmi?
– Xeyr, oyun gününə təsadüf edən doğum günüm olmayıb.
– Bu 40 il ərzində sizə verilən ən gözlənilməz hədiyyə hansı olub?
– Bu cür hədiyyəni milli komandada – baş məşqçi İqor Ponomaryovun dövründə almışam. Hədiyyəni mənə təyyarədə verdilər. Bütün kollektivin imzası olan forma və top mənim üçün gözlənilməz oldu.
– Fərrux İsmayılov bu gün 40 illiyini necə qeyd edəcək?
– “Qarabağ” üzərində qələbə qazanmaqla artıq doğum günümü keçirməyə başlamışam (gülür). Qələbədən başqa, bu gün komandanın üzvləri məni təbrik etdi. O ki qaldı doğum günümü necə qeyd edəcəyimə, təntənəli qeyd etməyin tərəfdarı deyiləm.
– “Neftçi”də keçirdiyiniz ən unudulmaz oyun və vurduğunuz qol hansı olub?
– “Neftçi”nin heyətində meydana çıxdığım hər oyun mənim üçün böyük şərəf olub. Bu komanda üçün vurduğum hər bir qola görə gözəl sevinc hissi yaşamışam. Çox şadam ki, indi də “Neftçi”yə faydalı ola bilirəm.