Fərid Qayıbov dünya minifutbol federasiyasinin prezidentini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan dünya minifutbol federasiyasinin prezidenti Filip Juda, Avropa minifutbol federasiyasının prezidenti Borislav Aleksandrov və qurumun vitse-prezidenti Peter Kraliki qəbul edib.

Allsport.az saytı xəbər verir ki, o, qonaqlara Azərbaycanda idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Beynəlxalq minifutbol federasiyalarının səfər proqramının ölkə futbolçularına faydalı olacağına əminliyini bildirən nazir qeyd edib ki, ölkəmiz bütün beynəlxalq idman qurumları kimi, bundan sonra minifutbol idman növündə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verəcək.

Qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanda minifutbol idman növünün inkişafının onlarda xoş təəssürat yaratdığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanda minifutbola göstərilən diqqət və qayğı bir çox ölkələrə nümunə olmalıdır. Gələcəkdə Avropa çempionatının Bakıda təşkil edilməsi məsələsinə də toxunan federasiya rəhbərləri vurğulayıblar ki, biz dünyanın ən mötəbər idman yarışlarına uğurla evsahibliyi edib və təşkliatçılıq sahəsində böyük təcrübəsi var.

Həmin kateqoriyadan