- Baxış sayı: 40
- 22 İyun 2026 17:20
- Baxış sayı: 31
- İyun 22, 2026
- 0

“Neftçi” yeni mövsümünə hazırlığın 2-ci mərhələsini Türkiyədə keçirəcək. Allsport.az saytı xəbər verir ki, taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq.
Ayın 1-də qardaş ölkəyə yollanacaq komandamızın üzvləri “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaqlar. Flaqman orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
Oyunların günü və rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.