“Futbolçular verilən tapşırığı layiqincə yerinə yetirdilər”

Azərbaycan premyer liqasının IV turunun “Qəbələ” – “Səbail” oyunundan (5:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az 41 yaşlı mütəxəssisin fikirlərini təqdim edir:

“Oyunun çətin keçəcəyini bilirdik. Komandanı ağır matça hazırlamışdıq. Son iki mövsümdə “Səbail”lə ev görüşlərində qalib gələ bilməməyimiz komandaya əlavə motivasiya verirdi. Futbolçular verilən tapşırığı meydanda layiqincə yerinə yetirdilər.

Fasilədə bir neçə korrektə etdik, bəzi zonalara diqqəti artırdıq. İkinci yarıda futbolçularımız daha artığını göstərdi. Bu, komandanın potensialı deyil və daha yaxşı ola bilərik. İnanıram ki, oyun planında daha yaxşı olacağıq.

Həmin kateqoriyadan