“Futbolçulara demişəm, artırmalıyıq, fərqli olmalıyıq”

“Sumqayıt” premyer liqanın ilk turunda səfərdə “Keşlə”yə 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu deyib:

“Yeni mövsümün startı münasibətilə hər kəsi təbrik edirəm. Azarkeşlərin oyunlarda iştirakına icazə verildiyi üçün müvafiq qurumlara minnətdarlığımı bildirirəm. Futbolun bəzəyi azarkeşlərdir.

Oyuna gəldikdə isə, qələbə münasibətilə həm azarkeşlərimizi, həm də komandamı təbrik edirəm. Çempionatın yeni mövsümünə səfər qələbəsi ilə başlamaq çox önəmli idi. Hər 2 komandanın fərqlənmək üçün kifayət qədər epizodları oldu.

Çempionatın əvvəlidir, gərginlik də var idi. İki tur belə ağır keçəcək. Futbolçulara da demişəm, artırmalıyıq, fərqli olmalıyıq. Yolumuza inamla davam etməyi qarşımıza məqsəd qoymuşuq”.

Həmin kateqoriyadan