Futbolumuzun başbiləni Honda ilə görüşdü

Bu gün Bakı olimpiya stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və “Neftçi” klubunun bugünlərdə müqavilə imzaladığı yaponiyalı futbolçusu Keysuke Honda ilə görüşüb.

Allsport.az xəbər verir ki, görüşdə futbolun inkişafı barədə fikir mübadiləsi aparılıb, stadionda 2019-cu ilin mayında Avropa Liqası turnirinin final oyununun təşkil olunduğu, bu il isə UEFA Avro-2020-nin 4 oyununun keçiriləcəyi vurğulanıb.

“Neftçi”nin prezidenti Kamran Quliyev də görüşdə iştirak edib.

Həmin kateqoriyadan