- Baxış sayı: 21
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 187
- Avqust 05, 2026
- 0

“Zirə’” premyer liqanın ilk turunda evdə “Qarabağ” 1:1 oynayıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov bunu deyib:
“İlk dəqiqələrdən futbolçular gərgin başladılar. Matçın tempi yüksək idi. Gözləmədiyimiz qolu buraxdıq. Ondan sonra futbolçuların reaksiyası xoşuma gəldi. Bərabərlik qolunu da vurduq. Komandamın 60-65 dəqiqədən sonra yorulacağını gözləyirdim.
Belə də oldu. Ancaq sona qədər nəticəni qoruya bildik. Futbolçular sona qədər xarakter göstərdilər. İlk turda məğlub olmamaq çox önəmli idi. Rəqib də “Qarabağ” idi”.