“Hədəf barədə danışmayacam”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Antalyada təlim-məşq toplanışı çərçivəsində Rumıniya “Sepsi”si ilə heç-heçə etdikləri oyunu (2:2) şərh edib. Allsport.az xəbər verir ki, o, matçın yaxşı, intensiv alındığını deyib:

“Hər iki komanda meydanda ən yaxşı keyfiyyətlərini göstərməyə çalışırdı. Əlbəttə, optimal formada deyilik. Amma gündən-günə komanda o formaya yaxınlaşacaq. Antalyada təşkil olunan təlim məşq toplanışı yaxşı keçir.

Futbolçular məşqlərdə səylə çalışırlar. Qarşıda bizi ağır oyunlar gözlədiyini bilirlər. Transferlərlə bağlı yenilik yoxdur. Bəzi mövqelərə, daha çox hücuma meylli yeni oyunçuların olması mütləqdir. Rafael Utziq xəstə olduğu üçün komandaya qoşulmayıb.

Qarşıdakı günlərdə onun durumuna aydınlıq gələcəyinə ümid edirik. Mövsümün ikinci yarısı üçün hədəfimiz barədə danışmayacam. Komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışacaq”.

Həmin kateqoriyadan