“Hələ tam komplektləşməmişik”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, o, premyer liqanın 1-ci turunda səfərdə “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri görüşlə başlı bunu söyləyib:

“Maraqlı oyun alındı. “Sabah”la səfər matçının ağır olacağını bilirdik. Heyətimizə yeni oyunçular cəlb etmişik. Hələ tam komplektləşməmişik. Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Bu oyunu unudub, növbəti matça köklənməliyik”.

Həmin kateqoriyadan