- Baxış sayı: 29
- 22 Sentyabr 2026 20:42
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0
Autsayder “Səbail” premyer liqanın 22-ci turunda evdə gözlənilmədən avrokuboka iddialı “Qəbələ”ni 3:0 yenib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyev qələbəyə belə şərh verib:
“Qol buraxmadan qələbə qazanmaq istəyirdik. Bunu bacardığımız üçün ikiqat sevincliyik. Çoxdandır bunu gözləyirdik. Futbolçularım meydanda rəqibdən hərtərəfli üstün oldular. Kifayət qədər qol epizodları yaratdıq. Hər 2 hissədə rəqibi topsuz qoyduq. Sevindiricidir ki, düşündüyümüz oyun alındı”.