“Hərdən enməlisən ki, sonradan qalxa biləsən”

“Kəpəz” premyer liqanın 16-cı turunda evdə “Sumqayıt” klubuna 0:1 hesabı ilə yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Gəncə komandasının baş məşqçi Tərlan Əhmədov matçla bağlı fikrini bölüşüb:

“Məğlubiyyət xoş deyil, həmişə də acı olur. Bu gün çempionatda ən ağır oyunlarımızdan birini keçirəcəyimizi bilirdik. Kubokda qalib gəldiyimiz komandaya qarşı matç futbolçularda arxayınlıq yarada bilərdi. Ona görə əvvəldən bunu demişdim. 2 futbolçunun olmaması meydançada sxemi dəyişdirmişdi.

Zamiq Əliyev və Giorgi Kantariyanın yoxluğunu nəzərdə tuturam. Kantariyanın olmaması səbəbindən orta xəttdə topa nəzarəti itirmişdik. Məğlubiyyət olub və artıq irəli baxmalıyıq. Hər halda, hərdən enməlisən ki, sonradan qalxa biləsən. Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Amma alındıra bilmədik. Məğlubiyyətin səbəbkarı başda mənəm”.

Həmin kateqoriyadan