Hakimi təhqir etdiyi üçün 5 oyun cəzalandı, klubu 4000 manat cərimələndi

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda premyer liqanın 23-cü turunda qayda pozuntuları ilə bağlı qərarlar verilib. 

“Qəbələ” – “Sumqayıt” oyunun 90+3-cü dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

Həmin kateqoriyadan