“Heç vaxt “Səbail” haqda “ən zəidir” sözünü işlətməmişəm”

“Qarabağ”ın futbolçusu Marko Veşoviç Allsport.az saytına açıqlama verib. O, Polşa mətbuatına “Səbail” Premyer Liqanın ən zəif komandasıdır” açıqlamasını vermədiyini bildirib. Monteneqrolu məsələ haqda bunları deyib:

“Bəli, “Səbail” – “Legiya” oyununu izləmişəm. Oyunun gedişində polşalı jurnalistlə ayaqüstü görüşümüz oldu. Polşada çıxış etdiyim dönəmdən tanıdığım jurnalist idi. Amma müsahibə verməmişəm. Sadəcə olaraq, “Səbail”in neçənci pillədə olduğunu soruşdu. Mən də sonuncu pillədə qərarlaşdığını, “Qarabağ”, “Sabah” və “Neftçi” ilə müqayisədə büdcələrinin nisbətən aşağı olduğunu bildirmişəm. Bu, ən zəif anlamına gəlmir.

Ayaqüstü söhbətimizdə müsahibə vermədiyim halda, dediklərimdən polşalı jurnalistin gəldiyi qənaət budur. Təxəyyülünün məhsuludur. Heç vaxt “Səbail” haqda “ən zəidir” sözünü işlətməmişəm. Heç işlətmərəm də. Unutmayaq ki, ötən mövsüm “Qarabağ”ın yeganə məğlubiyyəti məhz “Səbail”dən olmuşdu”.

Həmin kateqoriyadan