“Heyətdə rotasiya etmişdik”

“Qarabağ” premyer liqanın 26-cı turunda öz meydanında “Zirə” ilə 0:0 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bunu söyləyib:

“Heyətdə rotasiya etmişdik. 4-5 oyunluq yükləmədən sonra əsas heyət üzvlərində yorğunluq var idi. Bu gün az oynayanlara üstünlük verdik. Bədavi Hüseynov və Xayme Romeronun zədədən sonra ilk oyunları idi. Bu səbəbdən onları sonadək meydanda saxlamadıq. Özlərini yaxşı tərəfdən göstərdilər”.

Həmin kateqoriyadan