“Heydər Əliyev kuboku”nun açılışı

Yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku”nun açılışı olub. Allsport.az saytı xəbər verir ki, Bakı boks mərkəzində tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycan boks federasiyasının baş katibi Nağı Səfərov ölkəmizdə beynəlxalq yarışların keçirilməsi ənənəyə çevrildiyini bildirib. O, “Heydər Əliyev kuboku”nun əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb. Dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları mübarizə aparırlar. 216 boksçunun (185 oğlan, 31 qız) qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.

Həmin kateqoriyadan