“Höccət müdafiəyə çox kömək edəcək”

“Neftçi”nin futbolçusu Voislav Stankoviç yeni transfer Höccət Haqverdi barədə danışıb. Allsport.az xəbər verir ki, 36 yaşlı müdafiəçi Höccətin universal olduğunu deyib:

“Höccət Azərbaycan millisinin üzvüdür. Müdafiə xəttimizə çox kömək edəcək. Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq”.

Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən serbiyalı futbolçu vəziyyətin yaxşılığa doğru getdiyini söyləyib: “Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. “Sabah”la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm”.

Həmin kateqoriyadan