Honda “Neftçi”də birgə məşqə başladı

Bu gün “Neftçi” klubu “İsmət Qayıbov” bazasında məşqə çıxıb.

Allsport.az saytı xəbər verir ki, yeni transfer Keysuke Honda və şəxsi işləri ilə əlaqədar icazə almış Səlahət Ağayev də artıq komanda ilə məşqdə iştirak ediblər. Digər icazəlilər – Stiven Jozef-Monroz sabah, Sabir Buqrin isə birigün hazırlığa qoşulacaqlar.

Flaqman martın 24-də yoxlama oyunu keçirəcək. 21 yaşadək futbolçulardan ibarət milli komanda ilə bu bazada matç saat 16:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan