İcraiyyə komitəsində hansı qərarlar qəbul edildi?

İcraiyyə komitəsində hansı qərarlar qəbul edildi?

Bu gün Bakı olimpiya stadionunda AFFA icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, gündəlikdə olan məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev BOS-da yaradılan VAR Mərkəzi ilə tanış olub. AFFA prezidentinə VAR Mərkəzinin iş prinsipi ilə bağlı məlumat verilib. Sonra Rövnəq Abdullayev FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunmuş vitse-prezident Elxan Məmmədova icraiyyə komitəsi adından uğurlar arzulayıb.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2022/2023-cü il mövsümündən etibarən “İmişli”, “Mingəçevir” və “Araz Naxçıvan” komandaları 1-ci divizionda çıxış etsin.
2. Azərbaycan çempionatında legionçu limitinin 6+5 sistemi ilə tətbiqi davam etdirilsin.
3. Premyer liqada gənc futbolçular üçün yaş limiti ləğv olunsun.
4. Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilməsin (3 əvəzetmə sayı saxlanılsın).

5. 2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionçudan əlavə, hər legionçu üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.
6. 2023/2024-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legionçu futbolçu daxil edə bilər. 12 legionçudən əlavə, hər legionçu üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.
7. AFFA-nın yoxlama və təftiş komitəsinin əsasnaməsinin hazırlanması baş katibliyə tapşırılsın. Əsasnamə 1 ay ərzində icraiyyə komitəsinə təqdim olunsun.

Həmin kateqoriyadan