İcraiyyə komitəsində nələr müzakirə olunacaq?

Mayın 31-də saat 17:00-da “Dalğa arena”nın ərazisində yerləşən milli komandaların məşq mərkəzində AFFA-nın icraiyyə komitəsinin növbəti iclası keçiriləcək. Allsport.az saytı gündəliyə daxil olunan məsələləri diqqətinizə çatdırır:

1. AFFA-nın yoxlama və təftiş komitəsinin əsasnaməsinin müzakirəsi 
2. AFFA-nın lisenziya komissiyasının müvafiq qərarına uyğun olaraq, “Turan-Tovuz” və “Kəpəz” klublarının 2022/2023-cü il mövsümündə premyer liqasında çıxış etməsinin təsdiqi 

3. 2022/2023-cü il mövsümündə premyer liqada legionçu həddinin və əvəzetmə sayının müzakirəsi 
4. İntizam komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi 
5. Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi 
6. Digər məsələlər

Həmin kateqoriyadan