- Baxış sayı: 26
- 15 İyun 2025 22:50
- Baxış sayı: 125
- İyun 15, 2025
- 0
Qadın həndbolçuların Azərbaycan kubokunda ikinci finalçının da adına aydınlıq gətirilib.
Allsport.az xəbər verir ki, bu gün keçirilən “Kür” -“İdman Akademiyası” görüşündə Mingəçevir təmsilçisinin qələbəsinə inananlar yanılmayıblar. Matçın gərgin mübarizə ilə yadda qalan ilk hissəsi 14:12 hesabı ilə yekunlaşıb. Fasilədən sonra təzyiqi daha da artıran “Kür” 33:23 hesablı qələbə ilə finala yüksəlib.
Digər finalçı yarımfinalda “Qarabağ”ı 35-26 hesabı ilə üstələyən “Azəryol”dur.