- Baxış sayı: 1
- 24 İyun 2026 10:25
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Konfrans liqasının 3-cü təsnifatının cavab oyunu çərçivəsində “Qarabağ” – AEL matçına maraq böyükdür. Allsport.az saytı xəbər verir ki, satışa çıxarılan ilk 2 gündə artıq 3500 bilet satılıb.
Nazilər Kabinetinin qərarına əsasən, pandemiyaya görə oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına respublika stadionuna 15 min azarkeş buraxıla bilər.
Avqustun 12-də oyun saat 20:00-da başlayacaq. Kiprdə ilk görüş 1:1 başa çatıb.