- Baxış sayı: 60
- 02 Sentyabr 2026 13:33
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Şüvəlan qəsəbəsində ağır atletika akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında Azərbaycan kubokuna start verilib.
Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə 55 kq-da toplam 207 kq (95+112) nəticə göstərən Amin Osmanov qızıl, 198 kq (88+110) ilə Dəniz Cabbarlı gümüş, 165 kq (75+90) ağırlığın öhdəsindən gələn Orxan İmanov bürünc medal qazanıblar.