“İlk hissəni bizim hesaba yazmaq olar”

 “Keşlə” premyer liqanın 21-ci turunda səfərdə “Qəbələ” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Sənan Qurbanov açıqlama verib:

“Burada məğlub olmaq istəmirdik. İlk hissəni bizim hesaba yazmaq olar. Oyun başlayandan diqtə edən tərəf biz idik. Qolumuzu da vurduq. Fasilədə paltardəyişmə otağında futbolçulara konsentrasiya haqda çox danışdım.

Amma təəssüflər olsun ki, fasilədən sonra ilk dəqiqələrdə qol buraxdıq. 40 dəqiqədən çox azlıqda oynadıq. Futbolçular əziyyət çəkdilər, çox çətin idi. Səfərdə bir xal qazandıq. Növbəti matçlara hazırlaşacağıq”.

Həmin kateqoriyadan