“İlk matçda “Neftçi” nadir hallarda qapımıza yaxınlaşırdı”

HİK-in baş məşqçisi Toni Koskela, qitə liqasının 3-cü təsnifatında “Neftçi” ilə cavab oyunu barədə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 38 yaşlı mütəxəssis Bakıdakı qarşılaşmada (2:2) üstün tərəf olduqlarını deyib:

“Düşünürəm ki, səfərdə yaxşı matç keçirdik və çətinliklərə baxmayaraq, oyunun idarəetməsini ələ almışdıq. İndi Finlandiyada oynadığımız üçün mütləq ev sahibi komandaya kimi çıxış etmək istəyirik.

Daha intensiv hərəkət etməyə çalışacağıq. İlk matçda rəqib nadir hallarda qapımıza yaxınlaşırdı. Buna görə də yalnız uzaqdan zərbələr vurmaq imkanları vardı. Bütün bunlar cavab görüşündə nəzərə alınmalıdır”.

Həmin kateqoriyadan