- Baxış sayı: 45
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 271
- Noyabr 09, 2026
- 0

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini edib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” İlkin Qırtımovu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Onun son klubu “Şamaxı” olub. Premyer liqada “Simurq” (2009-2015), “Neftçi” (2018) və “Zirə”də (2018-2019) çıxış edib.
İlkin Azərbaycan millisində də çıxış edib. Yığmada 2014-cü ildə debüt edən müdafiəçi 5 matç keçirib.