“İstəkli və iddialı kluba keçdiyimi bilirəm”

“Sabah”ın yeni transferi Namiq Ələskərov keçidi ilə bağlı fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, millinin üzvü bunu söyləyib:

“İstəkli və iddialı kluba keçdiyimi bilirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, “Sabah”ın uğurlarında böyük pay sahibi olum.

Əsas hədəfim ilk növbədə klubumla çempionatda qarşımıza qoyulan hədəfə çatmaq və bununla yanaşı, şəxsi göstəricilərimi də inkişaf etdirməkdir”.

Həmin kateqoriyadan