“Kəpəz” də Antalyaya yollandı

“Kəpəz” qış təlim-məşq toplanışı üçün Türkiyəyə üz tutub. Allsport.az xəbər verir ki, komanda bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Antalya şəhərinə yola düşüb.

Gəncə təmsilçisi təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək. “Kəpəz” yanvar 14-də Macarıstan “MTK Budapeşt”i, yanvarın 16-da Serbiya “Novi Pazar”ı, yanvarın 18-də isə Qazaxıstan “Kaysar”ı ilə qarşılaşacaq.

Həmin kateqoriyadan