Kapitanın 150-ci oyunu

Asif Məmmədov “Qəbələ” ilə premyer liqada 150-ci oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, kapitanın yubileyi 25-ci turun “Zirə” ilə görüşündə gerçəkləşib. 90 dəqiqə meydanda olan futbolçu 3:0 hesablı qələbəyə sevinib.

O, “Qəbələ”nin heyətində 2006/07 mövsümündə debüt edib. 8 illik fasilədən sonra 2015-ci ilin yayında komandaya dönən oyunçu indiyədək 150 çempionat matçında 13 qol vurub.

Asif Məmmədov “qırmızı-qaralar”ın premyer liqada ən çox oyun keçirən futbolçuları arasında yalnız Urfan Abbasovdan (200) geri qalır.

Həmin kateqoriyadan