“Kimyaçılar” Serbiyaya yollanır

Ankara toplanışını başa vuraraq Vətənə qayıdan “Sumqayıt” ötən gün “Kapital Bank Arena”nın köməkçi meydançasında məşqə çıxıb. Allsport.az xəbər verir ki, konfrans liqasının II təsnifat mərhələsində “Çukariçki” ilə qarşılaşacaq komanda iyulun 19-da Serbiyaya yola düşəcək.

Ayxan Abbasovun komandası “Metropole Collection Belgrade” otelində məskunlaşacaq.

“Çukariçki” – “Sumqayıt” oyunu iyulun 21-də Belqradda keçiriləcək. Cavab görüşü isə ayın 29-da Sumqayıtda olacaq.

Həmin kateqoriyadan