“Kimyaçılar”da yapon futbolçu

“Sumqayıt” dövrələrarası fasilədə növbəti futbolçunun keçidini gerçəkləşdirib. Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Latviyanın “Valmiera” klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə 1,5 illik müqavilə imzalayıb.

Ötən mövsüm Latviya çempionu olan 24 yaşlı futbolçu 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “kimyaçılar” daha əvvəl braziliyalı vinger Dieqo Kariokanı heyətinə qatıb.

Həmin kateqoriyadan