“Kimyaçılar”dan niyə ayrıldığını açıqladı

Bosniya və hersoqovinalı futbolçu Əlmir Aqanspahiçin “Sumqayıt”dan ayrılmasının səbəbini açıqlayıb. Allsport.az xəbər verir ki, 27 yaşlı hücumçu “Çukariçki”nin onu geri çağırdığını deyib:

“Son matçı dekabrın 24-də keçirdim. “Çukariçki” məni icarədən geri qaytarmağa qərar verdi və məşqçilər korpusu ilə razılaşaraq bir neçə gün istirahət etdim. Yeni ili doğma Sarayevoda keçirdim və indi yenidən burdayam”.

Əlmir mövsümün əvvəlində “Çukariçki”dən “Sumqayıt”a keçib. O, “kimyaçılar”la premyer liqada 12 oyunda 2 qol vurub.

Həmin kateqoriyadan