“Kimyaçılar”ın 350-ci oyunu

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Sumqayıt” üçün yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi tarixinin 350-ci matçını keçirib.

“Qarabağ”la ev görüşünədək 349 dəfə meydana çıxan sumqayıtlılar yubiley qarşılaşmasından heç-heçə ilə ayrılıb – 0:0. Bu, 101 qələbə və 158 məğlubiyyəti olan komandanın 91-ci sülhü olub. Rəqib qapılarına 360 qol vuran komanda 468 top buraxıb.

Əsası 2010-cu ildə qoyulan komanda əvvəl “Sumqayıt Şəhər” adı altında da çıxış edib. 11 il ərzində komanda premyer liqa, I divizion, Azərbaycan kuboku və Avropa liqasında çıxış edib.

Həmin kateqoriyadan