“Kimyagərlər” Əli Qurbanini itirdi

“Kimyagərlər” Əli Qurbanini itirdi

“Sumqayıt” ölkə kubokunun yarımfinalında “Qarabağ”la cavab görüşündə ciddi itki ilə üzləşib.

Allsport.az saytı xəbər verir ki, ön xətt futbolçusu Əli Qurbani zədələnərək meydanı tərk edib. Matçın 63-cü dəqiqəsində əzələsi dartılan millimizin hücumçusunu Elvin Məmmədovla əvəzləyib.

Matçın əsas və əlavə vaxtı 0:0 sona çatıb. 11-metrlik cərimə zərbələrində “kimyaçılar” daha dəqiq olub – 5:4.

Həmin kateqoriyadan