- Baxış sayı: 51
- 16 Yanvar 2025 21:48
- Baxış sayı: 155
- Yanvar 19, 2025
- 0
25 və 26 noyabrda milli gimnastika arenasında Kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci ölkə çempionatı və birinciliyi yarışları keçiriləcək.
Allsport.az xəbər verir ki, yarışlarda balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar mübarizə aparacaqlar.
İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar, turnik üzrə proqramlarda öz məharətlərini göstərəcəklər.