Klub əlaqələndiriciləri ilə görüş

Bakı olimpiya stadionunda premyer liqada iştirak edən klubların futbol akademiyalarının koordinatorlarının və məşqçilərinin iştirakı ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının koordinatoru Miloş Velebit çıxış edərək yeni mövsüm ilinin başlanması ilə əlaqədar görüləcək işlərlə bağlı məlumat verib.

Sonra AFFA-nın təşkil etdiyi uşaq və gənclər liqaları ilə bağlı müzakirələr aparılıb, aşağı yaş qrupuna aid milli komandaların planları açıqlanıb.

Həmin kateqoriyadan