Klublar komitəsində legionçu həddi və əvəzetmə sayı müzakirə olunub

Bu gün Bakı olimpiya stadionunda AFFA-nın klublar komitəsinin növbəti iclası keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, PFL-in texniki idman şöbəsinin müdiri Elgiz Abbasov, bu qurumun mtbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Aslan Şahgəldiyev və Azərbaycan premyer liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.

Yığıncaqda növbəti mövsüm ölkə çempionatında legionçu həddi və əvəzetmə sayı ilə bağlı məsələlər müzakirə olunub.

Həmin kateqoriyadan