Klublara 2 dəfədən çox baş məşqçi dəyişməyə icazə verilməyəcək

Braziliya futbol federasiyası yeni qərar qəbul edib. Allsport.az xəbər verir ki, “A” Seriyasında yeni mövsümdən etibarən klublar iki dəfə baş məşqçisini dəyişə bilər.

Bundan əlavə, bir məşqçi eyni mövsüm ərzində cəmi iki dəfə klubunu dəyişə bilər.

Limiti keçən klublar isə mövsümü müvəqqəti məşqçi ilə tamamlamalıdır. Komandaya müvəqqəti rəhbərlik edəcək məşqçi isə klubda azı 6 ay işləmiş biri olmalıdır.

Həmin kateqoriyadan