Klublara lisenziyalar verilib

Bu gün AFFA-nın inzibati binasında 2022-2023-cü il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan premyer liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları, statistik göstəricilər və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.

Növbəti mövsüm öncəsi AFFA icraiyyə komitəsi tərəfindən yeni qaydalar təsdiq ediləndən sonra edilmiş dəyişikliklərlə bağlı klublarla ətraflı treninqlər keçiriləcək. Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.

Həmin kateqoriyadan