“Köhlən atlar”ın əcnəbisi hunlarla razılaşdı

“Köhlən atlar”ın əcnəbisi hunlarla razılaşdı

“Qarabağ”ın hücumçusu Kvabena Ovusu karyerasını Macarıstanda davam etdirəcək.

Allsport.az xəbər verir ki, qanalı futbolçu “Ferentsvaroş” klubu ilə razılığa gəlib. 25 yaşlı futbolçu bu klubla 2 illik müqavilə imzalayıb. O, yayda yeni komandasına qoşulacaq.

“Qarabağ” Kvabena Ovusunu 2020-ci ilin yanvar ayında İspaniyanın “Leqanes” klubundan transfer etmişdi.

Həmin kateqoriyadan