“Komandamız həddən artıq yorğundur”

“Zirə” premyer liqanın 26-cı turunda evdə “Qəbələ” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov görüşü belə dəyərləndirib:

“Oyun gərgin keçdi. Qələbəyə köklənmişdik. Bəzi qol epizodlarımız oldu, ancaq rəqibin də imkanları vardı. Komandamız həddən artıq yorğundur. Bunu artıq 10-cu dəqiqədən hiss etmək olurdu.

Sıx qrafiklə oynamaq çətindir. Buna geniş heyət lazımdır. Bəzi dəyişikliklər effekt versə də, qol vura bilmədik. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı iki turda yaxşı nəticə qazanaq”.

Həmin kateqoriyadan