“Komandaya inamım çoxdur”

Premyer liqanın ilk turunda “Qəbələ” paytaxtda “Neftçi” ilə məhsuldar heç-heçə (2:2) edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyevin fikri belə olub: 

“Düşünülən nə var idisə, komandamız onu meydanda nümayiş etdirməyə çalışdı. Bilirdik ki, müəyyən çətinliklər olacaq. Çünki heyət hələ formalaşmaqdadır. Bəzi oyunçular bir həftədir bizə qoşulublar. Onların fəlsəfəmizə uyğunlaşması bir az vaxt aparacaq.

Komandaya inamım çoxdur, gələcək oyunlarda da öz məzmunlu oyunu ilə azarkeşləri sevindirməyə çalışacaq. Qapıçının oyunundan razıyam. Onun oyununu inamsız adlandırmazdım. Çıxışlarda da yaxşı idi, müdafiəni idarə etməkdə də. Onun artırmaq üçün potensialı da var”.

Həmin kateqoriyadan