“Kubok məğlubiyyətindən sonra, qələbəyə ehtiyacımız var idi”

 “Neftçi” premyer liqanın 25-ci turunda səfərdə “Sumqayıt”a 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov bunu deyib:

“Komandamı təbrik edirəm. Çətin səfər oyunundan qalibiyyətlə ayrıldıq. Kubok məğlubiyyətindən sonra qələbəyə ehtiyacımız var idi. Bu gün fiziki baxımdan mükəmməl formadayıq.

Oyun nəzarətimiz altında idi. Gənc oyunçularımızı da təbrik edirəm. Ümumi ansambldan qopmadılar”.

Həmin kateqoriyadan