Kuboka start verilir

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək. Allsport.az xəbər verir ki, hər iki görüş bu gün keçiriləcək.

Əvvəlcə “Keşlə” “Zirə”ni qəbul edəcək. Daha sonra “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq.

Cavab oyunları aprelin 29-u keçiriləcək.

“Keşlə” – “Zirə”
Hakimlər
: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”, 18:30

“Sumqayıt” – “Qarabağ”
Hakimlər
: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”, 20:30.

Həmin kateqoriyadan