Kütləvi futbol təlimatçıları üçün məşğələyə son

AFFA-nın təşkilatçılığı ilə 4-7 avqustda ilk dəfə kütləvi futbol təlimatçıları üçün seminara yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, məşğələ ərzində iştirakçılara “Meydandakı praktiki örnəklərin nəzəri baxımdan dəyərləndirilməsi”, “Öyrənmə psixologiyasina dair müxtəlif nəzəriyyələrin müqayisəsi”, “UEFA-nın tövsiyyə etdiyi konstruktiv öyrənmə təliminin üstünlükləri” və “Müasir təlimatçı bacarıqlarına yenidən baxış” mövzularında kurslar keçirilib.

Toplantının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan