- Baxış sayı: 37
- 11 Dekabr 2024 16:03
- Baxış sayı: 69
- Dekabr 11, 2024
- 0
Azərbaycan əsilli bədii gimnast Rusiyada “ilin idmançısı” seçilib.
Allsport.az xəbər verir ki, bu barədə “Rusiyanın qüruru” kateqoriyası üzrə cari ilin idman mükafatının təqdimetmə mərasimində məlumat verilib. Mükafat uğrunda hündürlüyə tullanma üzrə Mariya Koçanova və şort-trekçi Yekaterina Aldoşkina da mübarizə aparıblar.
“Bu, təkcə mənim deyil, bütün böyük komandamın qələbəsidir” – soydaşımız deyib. Lalə bu il Rusiya çempionatında 5 qızıl medal qazanıb. 19 yaşlı idmançı Tatarstanda keçirilən BRİKS oyunlarında fərdi çoxnövçülükdə də 1-ci olub.
O, sovetlər “Neftçi”sində məşhur azərbaycanlı qapıçı Sergey Kramarenkonun nəvəsi, millimizin qolkiperi və məşqşisi olmuş Dmitri Kramarenkonun qızıdır. Lalə ölkəmizdə də çıxış edib, amma burada sıxışdırdığından, Rusiyaya üz tutub.