Laurentsiu Regekampf: “10 dəqiqə ərzində heç nə etmədik”

“Neftçi” premyer liqanın 15-ci turunda “Səbail”ə 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf qələbəyə belə şərh verib:

“Oyuna yaxşı başladıq və ilk yarıda diqtə edən tərəf idik. Tempi dəyişib, daha sürətli oynayaraq növbəti qolları vuracağımız epizodlar var idi. 2-ci qoldan sonra növbəti 10 dəqiqə çox faciəvi keçdi. Öz qapımızda qol gördük.

10 dəqiqə ərzində heç nə etmədik, heç nə ilə yadda qalmadıq. Beləliklə, rəqibə 2-3 böyük qol fürsəti verdik. Bunlar baş verməməlidir. Komandamızda kifayət qədər təcrübəli və səviyyəli oyunçular var. Yaxşı ki, bu gün 3 xal qazandıq”.

Həmin kateqoriyadan