“Məncə, 1 xalı haqq edirdik”

“Turan Tovuz” premyer liqanın 17-ci turunda evdə “Neftçi”yə 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov bunu söyləyib:

“İlk öncə şəhidimiz Zöhrab Hümbətova və qəzada dünyasını dəyişən “Neftçi”nin əməkdaşı Elvin Rüstəmova Allahdan rəhmət diləyirəm. Dəstəklərinə görə azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bəlkə də ən yaxşı oyunumuzu oynadıq. Son oyunlar futbolçularımızda inkişaf, əzmkarlıq hiss olunur.

Təəssüf ki, bu oyunu xalsız bitirdik. Məncə, 1 xalı haqq edirdik. Əzmkarlıqlarına görə futbolçularıma təkkürümü bildirdim. Bu oyunu unudub qarşıdakı oyuna hazırlaşmalıyıq. Həqiqətən də bizi kubokda “Kəpəz”lə ağır oyun gözləyir. Sıx qrafikdəyik, itkilərimiz var. Ama yenə də bu oyuna tam hazır olmağa çalışacağıq”.

Həmin kateqoriyadan