“Mahir Əmrəli və başqalarının oynaya biləcəkləri sistem tapmaq istəyirəm”

“Yay transfer pəncərəsi arxada qalıb, hazırda imkanlarımızı və komandamızın durumunu bilirik. Bütün yaxşı oyunçularımızdan istifadə etməliyik”.

Allsport.az xəbər verir ki, bu fikirləri Polşa “Legiya”sının baş məşqçisi Çeslav Mixneviç Rusiyada Moskva “Spartak”ına qarşı keçirəcəkləri Avropa liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl “Sport.tvp.pl” nəşrinə müsahibəsində deyib.

51 yaşlı mütəxəssis aparıcı futbolçularına uyğun taktika ilə meydana çıxmaq istədiklərini bildirib: “Mahir Əmrəli, Jozue Soareş, Ernest Muçi və başqalarının oynaya biləcəkləri sistem tapmaq istəyirəm. Hücum potensialımız var və bundan yararlanmaq niyyətindəyik. Hər qarşılaşmada rəqib meydanında özünü rahat hiss edən ən azı 5 oyunçunun olmasını istəyirəm”.

Sentyabrın 15-də keçiriləcək “Spartak” – “Legiya” oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Həmin kateqoriyadan