- Baxış sayı: 26
- 19 Aprel 2024 19:10
- Baxış sayı: 43
- Aprel 18, 2024
- 0
Mahir Əmrəli “Qarabağ”ın heyətində 70-ci qolunu vurub. Allsport.az xəbər verir ki, bu, premyer liqanın XXVI turuna təsadüf edib.
“Sabah”la görüşdə (4:0) fərqlənən hücumçu Ağdam təmsilçisində yubiley qoluna sevinib. 2015/16 mövsümündən “Qarabağ”da çıxış edən Mahir bu qollardan 58-ni premyer liqa, 7-sini ölkə kuboku, 5-ni avrokuboklarda rəqib qapısından keçirib.
“Sabah”la qarşılaşmadakı qol Əmrəlinin cari mövsüm premyer liqada 17-ci topu olub. Bununla da forvard karyerasının mütləq rekorduna imza atıb. O, 16 qola sevindiyi 2018/19 mövsümündəki göstəricisini arxada qoyub.